Zaxarova açıqladı: Babçenko öldürüldü...

4-06-2018, 00:14           

Rusiyalı jurnalist Aleksandr Babçenko Ukrayna kəşfiyyatının mütləq qurbanıdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Onun mütləq bir qurban olduğundan əminəm. Babçenkonun əslində öldürülmədiyi deyilərkən, öldürülmüş oldu. Belə bir insan artıq yoxdur. Artıq dünya miqyasında lağ obyektinə çevrilən şəxs var. Söhbət bizim onu dəstəkləməyimizdən getmir. Yazıları ciddiyətlə oxunan, ciddiyə alınan jurnalist artıq yoxdur. Bu mənada Ukrayna kəşfiyyatı onu öldürdü”, - deyə Zaxarova bildirib.

Qeyd edək ki, bundan öncə rusiyalı jurnalist Arkadi Babçenkonun qətlə yetirildiyi barədə rəsmi məlumat yayılmışdı. Bir gün sonra isə bəlli oldu ki, bu, Ukrayna xüsusi-xidmət orqanlarının ssenarisidir. Belə ki, Babçenkonun qətlinin sifariş edildiyi barədə məlumat alan kəşfiyyat cinayətkarların ələ keçirilməsi üçün bu variantdan istifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru