Kanadada avtobus qəzasında xəsarət alanların hamısı Çin vətəndaşlarıdır

5-06-2018, 08:57           

Kanadanın Ontario ştatında baş verən yol qəzasında xəsarət alanların hamısı Çin vətəndaşlarıdır.



APA-nın məlumatına görə, bu barədə CBC telekanalı xəbər verib.



Məlumata əsasən, qəza zamanı turist avtobusunda 37 çinli turist olub. Onlardan 24-ü müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib, 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir.



Qəza Ottavadan 100 km cənubda yerləşən Preskot şəhəri yaxınlığında qeydə alınıb. Naməlum səbəbdən avtobus yoldan çıxaraq xəndəyə düşüb. Hadisənin səbəbləri araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru