Rusiya İnterpoldan çıxarıla bilər - Gizli şəbəkə…

5-06-2018, 09:23           

İngiltərədən olan deputatlar Rusiya Prezidenti Vladimir Putini sərt tənqidləri ilə tanınan ingilis iş adamı Bill Brouderin həbs edilməsindən sonra Rusiyanın İnterpol üzvlüyündən çıxarılmasını tələb ediblər.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, deputatlar bununla bağlı İngiltərənin daxili işlər naziri Sacid Cavidə müraciət ünvanlayıblar.

Müraciətdə bildirilir ki, Rusiya Bill Brouderə təzyiq etmək üçün İnterpoldan istifadə edir: “Buna görə, İnterpolun özündən də hesabat tələb etmək lazımdır”.

Qeyd edək ki, Bill Brouder mayın 30-da İspaniyada saxlanılıb. Lakin polisdə dindirildikdən sonra sərbəst buraxılıb.

İngilis iş adamı Rusiyanın onu İnterpola verdiyinə görə, ABŞ-a gedə bilmədiyini açıqlamışdı. Bundan sonra Interpol yetkililəri Rusiyanın bu qurumdan öz məqsədləri üçün istifadə etdiyini və burada Moskvaya bağlı gizli şəbəkənin olduğunu bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru