BMT Təhlükəsizlik Şurası Ukraynaya dair bəyanat qəbul edib

7-06-2018, 00:14           
BMT Təhlükəsizlik Şurası Ukraynaya dair bəyanat qəbul edib
BMT Təhlükəsizlik Şurası Ukraynanın şərqində atəşkəsin pozulmasını pisləyən bəyanat qəbul edib. Virtualaz.org bildirir ki, bu barədə BMT TŞ-nin rəsmi saytı məlumat yayıb.

“Təhlükəsizlik Şurası atəşkəsin pozulmasının davam etməsini, xüsusilə Minsk razılaşması ilə qadağan edilən ağır silahların istifadəsini pisləyir. Ağır silahlardan istifadə mülki şəxslər daxil olmaqla insanların ölümünə səbəb olur”, – deyə bəyanatda bildirilir.

Şura üzvləri tərəflərdən Minsk razılaşmasının müddəalarına uyğun olaraq qüvvələri geri çəkmək və ağır silahların dərhal çıxarılmasına dair öhdəliklərini yerinə yetirməyi tələb ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru