Conson və Pompeo İŞİD-ə qarşı mübarizəni müzakirə ediblər

7-06-2018, 08:19           
Conson və Pompeo İŞİD-ə qarşı mübarizəni müzakirə ediblər
Britaniya və ABŞ-ın xarici işlər nazirləri – Boris Consonla Mayk Pompeo Yəməndəki humanitar vəziyyəti və İŞİD terror qruplaşmasına qarşı mübarizəni müzakirə ediblər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Deparmentinin rəsmi nümayəndəsi Hizer Nauert məlumat yayıb.

"Bu gün dövlət katibi Pompeo Böyük Britaniyanın xarici işlər naziri ilə danışıb. Onlar qlobal məsələləri, o cümlədən İŞİD-ə qarşı birgə mübarizəni, həmçinin Yəməndəki humanitar vəziyyəti müzakirə ediblər", - deyə Nauert bildirib.

Yəməndə hərbi münaqişə 2014-cü ildən davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru