Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb

18-06-2018, 07:13           

Cari ilin ilk dörd ayı ərzində Ukrayna Rusiya mallarının idxalını 31 faiz (2,6 mlrd. dollaradək) artırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna dövlət statistika xidmətinin məlumatında qeyd olunub.



Məlumata görə, Ukrayna mallarının Rusiyaya ixracı 6,4 faiz azalaraq 1,2 mlrd. təşkil edib.



Ümumilikdə, Rusiya idxalının Ukrayna iqtisadiyyatındakı payı 15,2 faiz təşkil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.