“Audi” şirkətinin rəhbəri həbs olundu

18-06-2018, 19:15           

Almaniyada dizel qalmaqalı ilə əlaqədar "Audi" avtokonserninin rəhbəri Rupert Ştadler saxlanılıb.
teref.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Süddautsche Zeitung" məlumat yayıb.

Bir neçə gün əvvəl Münhen şəhər prokurorluğu "dələduzluq" maddəsi ilə Ştadlerə qarşı cinayət işi açmışdı. Onun mənzilində axtarış aparılıb.

"Dizelqeyt" qalmaqalı 2015-ci ilin sonlarında ABŞ-da meydana gəlib. VW konserninə aid dizel mühərrikli avtomobillərdə ətraf-mühiti çirkləndirən qazlarla bağlı texniki baxış nəticələrini saxtalaşdırmağa imkan verən proqram təminatı aşkarlanıb.

Araşdırma dünyanın bir çox ölkələrində aprarılıb və şirkət 4,3 milyard dollar cərimə ödəməyə razılaşıb. Şirkətin ümumi itkiləri isə 25 milyard avro təşkil edir. Sonradan dələduzluq sxemində digər alman maşın istehsalçılarının da əlinin olduğu müəyyən edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru