Argentinalı senator Luis Naydenoffun arvadı və oğlu Formos şəhərindəki evlərində ölü tapılıb.
Oxu.az Ria.ru-ya istinadən xəbər verir ki, ölümə səbəb dəm qazı hesab edilir.Araşdırma aparılır. Naydenoffun qızı evdə gecələmədiyi üçün xəsarət almayıb. Onların meyitini evə gələn xadimə görüb.