İranda etirazlar: qadın küçədə hicabı açdı və... - Video

19-06-2018, 00:20           
İranda etirazlar: qadın küçədə hicabı açdı və... - Video
İranın Qəzvin şəhərində hökumətin məcburi hicab siyasətinə etiraz edən aksiyaçılar, küçədə baş örtüyünü açan bir xanıma dəstək verərək, hakimiyyətə qarşı şüarlar səsləndiriblər.
Axar.az xəbər verir ki, aksiyaçılar baş örtüyünü açan xanımın polis tərəfindən tutulmasının qarşısını alıblar.
“Şir ürəkli qadınlara eşq olsun”, “Afərinlər sənə”, “Xameneiyə ölüm” və “Məcburi hicaba yox” şüarları səsləndirən aksiyaçılar, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi məcburi hicab siyasətinə son qoyulmasını tələb ediblər. Etirazlarda hər hansı bir aksiyaçının tutulması barədə məlumat yayılmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru