İsrailin sabiq naziri İran lehinə casusluğa görə həbs olunub

19-06-2018, 00:25           

İsrail Knessetinin sabiq deputatı, keçmiş energetika və infrastruktur naziri Qonen Seqev İran kəşfiyyatı üçün casusluq şübhəsilə həbs olunub.

“Report” “Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə İsrailin Daxili Təhlükəsizlik Agentliyinin (Şin-Bet) məlumatında deyilir.

Qeyd edək ki, iyunun 15-də Qüds Rayon Prokurorluğunda müharibə dövründə düşmənə yardım göstərmək, İsrailə qarşı casusluq və kəşfiyyat məlumatlarının düşmənə ötürülməsi yolu ilə cinayət törətməkdə şübhəli bilinən keçmiş nazirə qarşı iddia qaldırılıb.

Şin-Bet və polisin araşdırmaları nəticəsində Q.Seqevin 2012-ci ildə Nigeriyaya səfəri zamanı İranın səfirliyində xüsusi xidmət orqanları tərəfindən “işə götürüldüyü” aşkar edilib. O, həmçinin iranlı vasitəçilərə şifrələnmiş məlumatların ötürülməsində, onlarla dünyanın müxtəlif ölkələrindəki otellərdə və mənzillərdə görüşməkdə ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru