Uşağın xaç suyuna salınması zamanı çəkilən görüntülər dünya mediasını silkələyib.
Publika.az xəbər verir ki, Fransada bir ailə uşağını xaç suyuna salmaq üçün kilsəyə gətirib. Keşiş əvvəlcə uşağın dəcəllik etməsinə fikir vermir. Daha sonra isə səbri tükənir. Ailəsinin gözü önündə uşağı boğazından tutaraq üzünə şillə vurur.
Sosial mediada sürətlə paylaşılan bu görüntülər izləyənləri təəccübləndirib.
Nə baş verdiyini anlamayan ailə isə körpəni keşişdən uzaqlaşdırmağa çalışıb.
Həmin görüntüləri təqdim edirik: [media=https://www.youtube.com/watch?v=4-YjI9S1IoE]