Kanadanın baş naziri bir eynəyə görə cərimələndi

23-06-2018, 17:41           

Kanada Baş naziri Castin Trudo cərimələnib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı CBS televiziyası yayıb. Trudonun cərimələnməsinə Kanada vilayətlərindən birindən hədiyyə kimi göndərilən gün eynəyini qeydiyyata salmaması səbəb olub. Buna görə Kanadanın Etika üzrə Müşahidə Orqanı baş naziri 100 dollar cərimələyib.

Baş nazirin mətbuat xidməti faktı təsdiqləyib. Mətbuat xidməti bildirib ki, Trudo gün eynəyini qeydiyyata salıb, lakin deklarasiya formasını yanlış doldurduğuna görə cərimələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru