Poroşenko şizofrenikdir, həbs olunacaq - Jirinovski

25-06-2018, 10:50           

Poroşenko dəlidir və nə vaxtsa həbs ediləcək.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

“Onun üzündən şizofrenik olduğu görünür. Dünyada hələ belə bir hal müşahidə edilməyib. Heç kimin haqqı yoxdur ki, başqa ölkənin siyasi partiyalarına sanksiya tətbiq etsin. Əgər belədirsə, o zaman biz bütün dünyaya qarşı sanksiya tətbiq etməliyik.

Onlar məni 25 ildir qara siyahıda saxlayırlar ki, Ukraynaya gələ bilməyim. Onlar, sadəcə, özlərinə düşmən qazanırlar”, - o bildirib.

Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiyanın 7 siyasi partiyasına qarşı sanksiya tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru