4 növ xərçəngin qarşısını alan dərman tapıldı

25-06-2018, 21:49           

Oreqon Elm və Səhiyyə Universitetindən olan alimlər 4 növ xərçəngin yayılmasının qarşısını alan dərman hazırlaya bilib.

Femida.az xəbər verir ki, "KBU2046" adlı dərman döş, prostat, qalın bağırsaq və ağciyər xərçənginin inkişafının qarşısını alır. Preparat hər 4 xərçəngə sahib siçanlar üzərində sınaqdan keçirilib. "KBU2046" adlı maddənin metastatik xərçəngin yayılmasının qarşısını aldığı ortaya çıxıb. Alimlər həmçinin istifadə zamanı dərmanın kənar təsirlərini minimuma endirməyə nail olublar.

Tədqiqata rəhbərlik edən professor Raymond Berqan bildirir ki, dərmanın prinsipi "HSP90β" zülalının fosforlaşmasında dəyişikliyə nail olmaqdır. "KBU2046" xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır, lakin xərçəng hüceyrələrində dəyişikliyə səbəb olmur. Beləliklə, erkən diaqnozda xəstələrin həyatını xilas etmək mümkün ola bilər.

Alimlər gələcəkdə maddənin insanlar üzərində sınaqdan keçirilməsi və effektiv olmasına ümid edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru