ABŞ prezidenti həyat yoldaşı ilə olan münasibətlərindən danışıb

26-06-2018, 08:38           
ABŞ prezidenti həyat yoldaşı ilə olan münasibətlərindən danışıb
ABŞ prezidenti Donald Tramp bildirib ki, həyat yoldaşı Melanya ilə heç vaxt indiki kimi yaxşı münasibətdə olmayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu çərşənbə axşamı Cənubi Karolina ştatında tərəfdarları ilə görüşü zamanı deyib.

"Biz heç vaxt indiki kimi bir-birini başa düşməmişik. Bizim heç zaman indiki qədər vaxtımız olmayıb. Və heç vaxt sorğuların nəticələri indiki qədər yüksək olmayıb. Hətta "Gallup" üzrə", - deyə prezident əlavə edib.

Tramp həyat yoldaşı böyrəyindən əməliyyat olunan zaman onun guya üzünü dartdırdığını və ya ərini ataraq Nyu-Yorka, yaxud da Virciniyaya köçdüyünü yazan kütləvi informasiya vasitələrini də tənqid edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.