Paşinyan MTX direktorunun anasını aparat rəhbəri təyin edib

27-06-2018, 21:46           
Paşinyan MTX direktorunun anasını aparat rəhbəri təyin edib
Ermənistan milli təhlükəsizlik xidmətinin (MTX) direktoru Artur Vanetsyanın anası Marqarit Azaryan baş nazirin Kadrlar şöbəsi və aparatı əməkdaşları idarəsinin rəhbəri təyin edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan sərəncam imzalayıb.

Bildirilib ki, Marqarit Azaryan Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın aparatında uyğun vəzifəni daşıyırmış.

Bir müddət əvvəl MTX-nin direktoru bildirmişdi ki, bəzi qüvvələr Nikol Paşinyanla onu hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.