Kim Çen generalı edam etdirdi

28-06-2018, 01:05           
Kim Çen generalı edam etdirdi
Şimali Koreyada ölkənin rəhbəri Kim Çen İnin göstərişi əsasında general-leytenant Xyon Çu Son edam edilib.

Oxu.az xəbər verir ki, yüksək çinli zabiti Pxenyanda, Hərbi Akademiyanın ərazisində güllələyiblər. O, "səlahiyyətlərini aşmaqda”, "düşmənə vasitəçilik etməkdə” və "kompartiyaya qarşı fəaliyyətdə” təqsirli bilinib.

Nəşrin məlumatına görə isə əsl səbəb generalın tabeçiliyində olan hərbçilər və onların ailələlərinə əlavə ərzaq azuqələri verməsidir. Hərbi xidmətçilər əlavə bir neçə ton yanacaq, 580 kiloqram izafi düyü və 750 kiloqram izafi qarğıdalı ilə təmin olunub. Bu isə Kim Çen İnin hiddətinə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru