ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edəcək

28-06-2018, 08:21           
ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edəcək
ABŞ Administrasiyası Venesuela hakimiyyətinə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu çərşənbə günü Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo ABŞ Konqresindəki dinləmələrdə çıxışı zamanı Venesuela ilə bağlı planlar barədə danışarkən deyib.

"Biz rejimə qarşı əlavə sanksiyalar tətbiq edəcəyik", - deyə Amerika diplomatiyasının rəhbəri bildirib.

Dövlət katibi bununla yanaşı qeyd edib ki, Vaşinqton Venesueladakı diplomatlarının "arzuolunmaz şəxs" elan edilməsinə və Vaşinqtonun buna analoji şəkildə cavab verməsinə baxmayaraq, Karakasın zamanla demokratiyaya qayıtması üçün hər hansı imkanın qalmasından ötrü şəraitin yaradılması üzrə diplomatik səylərini davam etdirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru