Saakaşviliyə 6 il həbs cəzası verildi - Qiyabi

28-06-2018, 20:08           
Saakaşviliyə 6 il həbs cəzası verildi - Qiyabi
Tiflis Şəhər Məhkəməsi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini 2005-ci ildə deputat Valeri Gelaşvilinin döyülməsində günahkar bilib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın “Birinci kanal”ı məlumat yayıb. Televiziya məhkəmənin Saakaşvilini 6 il qiyabi həbs cəzasına məhkum etdiyini bildirib.

Qeyd edək ki, Gürcüstan mətbuatının iddiasına görə, Gelaşvili Saakaşvilini təhqir etdiyi üçün döyülüb. Saakaşvili bu iş üçün o zamanın daxili işlər naziri Vano Merabişviliyə tapşırıq verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru