Erməni əsgərlərinin payını ayılarına verən generalın ata evini yardılar - "Hər şey məhv edilib"

30-06-2018, 01:38           

Ermənistandan bir qrup şəxslər Arşalyus kəndində yerləşən Manvel Qriqoryanın ata evini yarıblar.

Həmin şəxslər evdən heç kimin yaşamadığı müəyyən edərək, evin pəncərəsini sındıraraq daxil olublar. Evdə demək olar bütün əşyalar məhv edilərək, alt-üst edilib.
Məsələ ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, iyunun 18-də Ermənistanın milli təhlükəsizlik nazirliyi erməni general Manvel Qriqoryanın evi və istirahət zonasında keçirdiyi xüsusi əməliyyatın görüntüsünü yayıb. Axtarış zamanı külli miqdarda silah-sursat, həmçinin əsgərlər üçün nəzərdə tutulan azuqələr aşkarlanaraq müsadirə olunub. General bağ evini silah-sursat anbarına və onlarla klassik və müasir avtomobildən ibarət qaraja çevirib. Bağdan eyni zamanda əsgərlərin azuqə paylarının, hərbi geyimlərinin və dərmanlarının anbarı kimi istifadə olunub. İstirahət evinin ərazisində eyni zamanda generalın pələnglər, ayılar, tovuzquşları, dəvəquşularından ibarət şəxsi zooparkı olub. İddiaya görə, aprel döyüşləri zamanı erməni əsgərlər üçün nəzərdə tutulan ərzaq paylarını Manvel Qriqoryan öz zooparkındakı heyvanlara yedirib.(a24.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.