Yunanıstanda 4,3 bal gücündə zəlzələ olub 30-06-2018, 08:57 Yunanıstanın cənubunda 4,3 bal gücündə zəlzələ baş verib. APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Yerli vaxtla saat 03:36-da qeydə alınan yeraltı təkanların episentri Metoni şəhərindən 30 km cənub-qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Facebook-da paylaş