Yuqoslaviyanın 5 milyardlıq bazası: Nüvə hücumu... – Foto

1-07-2018, 16:24           

Keçmiş Yuqoslaviya dönəmində ən inkişaf etmiş texnologiyalarla qurulan Bosniya və Xorvatiya arasındakı bölgədə istifadəsiz qalan Zeljava hərbi hava bazasının görüntüləri yayılıb.

Axar.az xəbər verir ki, yeni görüntülərdə xarabalığı xatırladan aviabaza bir vaxtlar dünyanın ən böyük və müasir bazalarından hesab olunub.

"Soyuq müharibə" illərində 1968-ci ildə tikintisi yekunlaşan aviabaza müdafiə və təhlükəsizlik məqsədilə Bosniya Herseqovina sərhədlərində yerləşən Bihac şəhəri yaxınlığındakı Pljesevika dağında salınıb.

Avropanın ən böyük yeraltı hava bazalarından hesab olunan hərbi müəssisə 90-cı illərin əvvəlində Xorvatiya və Serbiya arasındakı müharibədə dəymiş ziyana görə istifadəsiz hala gəlib.

Tikintisinə 5 milyard dollardan daha çox pul xərclənən “Nesne 505” kod adlı Zeljava aviabazası hətta nüvə zərbəsinə belə davam gətirə biləcək şəkildə inşa edilib.

Aviabaza 50-dən artıq hərbi təyyarə və kəşfiyyat vasitəsini qorumaq imkanlarına sahib olub. 3500 metr uzunluğunda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğu tunellər salınıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru