Kanada ABŞ-dan idxal olunan mallara rüsum tətbiq edəcək

1-07-2018, 21:12           

Kanada iyulun 1-dən ABŞ-dan polad, alüminium, habelə idxal olunan digər mallara 16,6 milyard Kanada dolları (12,6 milyard ABŞ dolları - red) məbləğində rüsum tətbiq edəcək.

teref.az report.az-a istinadən bildirir ki, bu barədə Kanada hökumətinin saytında, ölkənin Xarici İşlər Nazirliyinə istinadən yayılan məlumatda bildirilir.
Sənəddə vurğulanır ki, yeni ticarət tədbirləri birbaşa və mütənasib olaraq, ABŞ-ın alüminiuma və idxal olunan digər mallara rüsum tətbiq etməsinə cavabdır. Cavab rüsumlarının tətbiqi barədə ölkənin xarici işlər naziri Xristya Friland yerli telekanalların efirində elan edib.

Diplomat bildirib ki, bu tədbirlər ABŞ prezidenti Donald Tramp administrasiyasının Kanadadan polad və alüminiumun idxalına rüsumları ləğv edəcəyi günə qədər davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru