ABŞ "B61-12" nüvə bombasını sınaqdan keçirib

2-07-2018, 07:28           

ABŞ Hərbi-Hava Qüvvələri Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi ilə birlikdə ilk dəfə olaraq "B-2 Spirit" strateji bombardmançı təyyarələrlə "B61-12" idarə olunan nüvə bombasını sınaqdan keçirib.



APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin press-relizində bildirilir.



Məlumata görə, təyyarənin nüvə bombasını daşımaq qabiliyyətini müəyyənləşdirmək və bombanın qeyri-nüvə funksiyalarını nümayiş etdirmək məqsədi ilə keçirilən sınaqlar birgə testlərin tərkib hissəsidir.


Qeyd olunan bombanın sınağı bundan əvvəl F-15E qırıcı təyyarənin vasitəsi ilə 2 dəfə Nevada ştatındakı poliqonda keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru