ABŞ-da miqrantlara hücum zamanı xəsarət alanlar arasında uşaqlar da var

2-07-2018, 07:35           
ABŞ-da miqrantlara hücum zamanı xəsarət alanlar arasında uşaqlar da var
ABŞ-ın Aydaho ştatında miqrantların olduğu evə bıçaqla hücum zamanı xəsarət alanlardan 6-ı uşaqdır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Boyse şəhərinin polisi bildirib.

Polisin sözlərinə görə, hadisəni törədən şəxs bir neçə maddə üzrə ittiham edilir. Qeyd olunur ki, hüquq-mühafizə orqanları hələlik hadisənin səbəbini müəyyənləşdirə bilməyiblər.

Şənbə gününə keçən gecə baş vermiş hadisə zamanı ümumilikdə 9 nəfər xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağırdır.

Cinayəti törətməkdə yerli sakin Timmi Kinner şübhəli bilinir. O, həbs edilib. Polisin məlumatına görə, həmin şəxs də bir zamanlar bu evdə yaşayıb. Cümə günü ondan evdən köçməyi xahiş ediblər. Bundan sonra T.Kinner bu cinayəti törədib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru