Ermənistan Milli Olimpiya Komitəsi sədrinin mühafizə xidmətinin rəisi saxlanılıb

3-07-2018, 16:41           
Ermənistan Milli Olimpiya Komitəsi sədrinin mühafizə xidmətinin rəisi saxlanılıb
Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) sədri, "Çiçəklənən Ermənistan" Partiyasının sədri və Ermənistan Milli Yığıncağının deputatı Qagik Tsarukyanın mühafizə xidmətinin rəisi Eduard Babayan saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsi rəhbərinin müşaviri Sona Truzyan açıqlama verib. O deyib ki, E.Babayan insident zamanı adı açıqlanmayan şəxsə ağır fiziki xəsarət yetirməkdə şübhəli bilinir. Hazırda mühafizə xidməti rəisinin evində axtarışın aparılması barədə vəsatət hazırlanır.

İyulun 2-də axşam saatlarında "Ermənistan" Tibb Mərkəzinə 1968-ci il təvəllüdlü kişi sınıq və zədələrlə müraciət edib. İlkin məlumatlara əsasən, o, "Olimpavan" İdman Kompleksində döyülüb. Hadisə yerindən qan izləri aşkarlanıb. Faktla əlaqədar cinayət işi qaldırılıb, ekspertlər təyin olunub.

Zərərçəkən iddia edir ki, onu əvvəlcə Q.Tsarukyan, daha sonra E.Babayan vurub. İnsidentin şahidləri isə Ermənistanın fövqəladə hallar naziri Qraçya Rostomyanla MOK sədrinin müavini Derenik Qabrielyan olub.

Zərərçəkənin sözlərinə görə, Rusiya vətəndaşı olan oğluna boks üzrə dünya çempionluğu qarşılığında Q.Tsarukyan mükafat vəd edib. Lakin onun oğlu hazırda həqiqi hərbi xidmətdən yayındığı üçün axtarışdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru