Ermənistanın keçmiş müdafiə naziri axtarışa verilib

4-07-2018, 01:27           

Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutunyan 1-2 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işi üzrə axtarışa verilib.

Bu barədə “Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir.

Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatına görə, mart hadisələri ilə bağlı cinayət işinin istintaqı ilə məşğul olan istintaq qrupu bu gün Ermənistanın keçmiş müdafiə naziri və başqaları barədə konstitusiya quruluşunun zorla devrilməsi ilə bağlı cinayət işinə başlayıb. Cinayət işi 1-2 mart 2008-ci il hadisələri ilə bağlı işə əlavə edilib.

Xatırladaq ki, 2008-ci ildə Yerevanın mərkəzində baş vermiş nümayişlərdə 10 nəfər ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru