Əsəd PKK ilə razılaşdı – Şərtlər

4-07-2018, 09:54           

Suriya Prezidenti Bəşər Əsəd PKK-nın bu ölkədəki qolu olan YPG ilə razılaşıb.

Teleqraf.com xəbər verir ki, artıq Hasekedə YPG ilə rejim arasında ilkin razılıq əldə olunub.

YPG Hasekedə Türkiyədə həbsdə olan rəhbərləri Abdullah Öcalanın şəkillərini yığışdırmağı qəbul edib.

Al Masdarın məlumatına görə, birgə nəzarət məntəqələrinin qurulması üçün iki tərəf arasında mübahisələrin davam etdiyi vurğulanıb.

Əsəd rejimi YPG-ə qarşısında bu şərtləri qoyub:

-Ölkə ərazisində rejim qüvvələri ilə birləşmə

-İraqa açılan Tikl Koçer və Semelka sərhəd qapılarında nəzarətin təhvil verilməsi

-Türkiyə ilə sərhəddə olan Derbesiyə və Resulayn sərhəd məntəqələrini təhvil vermək

Əvəzində isə YPG Əsəddən bunları istəyir:

-Kürt dilini Suriya təhsil sisteminin bir hissəsi etmək

-YPG terrorçularınınƏsəd rejiminə xidmət etmiş sayılması

-Bir Kürt rəsmisinə Suriya Neft Nazirliyində daimi vəzifə verilməsi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru