İranın OPEC-dəki rəsmisi: Neftin qiyməti Trampa görə 100 dollara qədər arta bilər

6-07-2018, 08:22           
İranın OPEC-dəki rəsmisi: Neftin qiyməti Trampa görə 100 dollara qədər arta bilər
Amerika prezidenti Donald Tramp İrana qarşı sanksiyalar tətbiq edəcəyi və onun neft ixracını məhdudlaşdıracağı təqdirdə, neftin bir barelinn qiyməti tez bir zmanda 100 dollar həddinə çata bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İranın OPEC-dəki nümayəndə heyətinin rəhbəri Hüseyn Kazimpur Ərdəbili "Reuters"ə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, öz növbəsidə Trampı neft qiymətlərinin yüksək olmasının maraqlı olan Rusiya və Səudiyyə Ərəbistanının girovu edəcək.

"Bütün dünya istehlakçılarının neft, xüsusilə də ABŞ-da benzinə görə artıq pul ödəmələrinə görə məsuliyyət bütövlüklə sizin üzərinizə düşür, cənab Donald Tramp. Və siz tezliklə neftin 100 dollara olduğunu görəcəksiniz",- deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru