ABŞ Çin mallarına qarşı idxal rüsumlarının tətbiqinə başlayıb

6-07-2018, 11:06           
ABŞ Çin mallarına qarşı idxal rüsumlarının tətbiqinə başlayıb
Bu gündən ABŞ hökuməti Çin istehsalı olan 34 mlrd. dollarlıq mala 25%-lik idxal rüsumunun tətbiqinə başlayıb.

"Report"un məlumatına görə, bu barədə açıqlama verən Donald Tramp həmçinin bildirib ki, ABŞ gələcəkdə dəyəri 500 mlrd. dollardan çox olan Çin malların qarşı idxal rüsumlarını qaldıra bilər.

Çin rəsmiləri isə bəyan edib ki, ABŞ onlara qarşı iqtisadi əlaqələrin tarixində görünməmiş ticarət müharibəsi başlayıb və bu ticarət qanunlarının pozulmasıdır.

"Çin zərbəni birinci endirməyəcəyi barədə öhdəlik götürüb. Lakin milli maraqları qorumaq üçün ABŞ-a qarsı cavab addımları atılacaq", - deyə Çinin Kommersiya Nazirliyinin rəsmisi qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru