Yaponiyada leysan yağışları nəticəsində 38 nəfər itkin düşüb

7-07-2018, 09:26           
Yaponiyada leysan yağışları nəticəsində 38 nəfər itkin düşüb
Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Trend-in məlumatına görə, bundan əlavə leysan yağışları 50-dən artıq insanın itkin düşməsinə səbəb olub. Xilasedicilər Yaponiyanın özünümüdafiə Qüvvələrinin döyüşçülərinin dəstəyi ilə axtarış əməliyyatlarını davam etdirirlər.

Ölkənin qərbində 3 milyondan artıq insan təxliyə barədə tövsiyələr alıb.

05:14

XXX

Yaponiyada leysan yağışları nəticəsində 38 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, ötən günlər ərzində yağışlar 4 nəfərin ölümünə səbəb olub. Ölkənin müxtəlif prefekturalarında 500 min insan təxliyə barədə tövsiyələr alıb.

Təxliyə barədə tövsiyələr alanların təxminən yarısı Kioto prefekturasının sakinləridir. Burada çaylarda suyun səviyyəsi kritik həddə çatıb.

Yaponiya höküməti yanında məlumat toplanması və fəlakətin nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətin əlaqələndirilməsi üzrə təcili qərargah yaradılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.