İran, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya ABŞ-a qarşı razılıq əldə edib.
Axar.az xəbər verir ki, yuxarıda adları sadalanan ölkələr öz şirkətlərini ABŞ-ın sanksiyalarından qoruyacaqlar. Bu barədə Vyanada keçirilən iclasdan sonra bəyanatda bildirilib.
Tərəflər İrandan neft və qaz ixracı ilə bağlı öhdəliklərinə sadiq qalacaqlarını təsdiqləyiblər.