Rusiya və ABŞ arasındakı gərginlik yumşalmağa başlayıb. Bunun da səbəbi iki ölkə parlamentariləri arasında tez-tez baş tutan danışıqlardır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Vladimir Cabarov deyib. O bildirib ki, iki ölkə parlamentariləri arasında aparılan danışıqlar münasibətlərin yaxşılaşdırılması üçün ümidvericidir:
“Bu gün ATƏT Parlament Assambleyasında növbəti görüş baş tutdu. Bu, Rusiya ilə ABŞ arasındakı gərginliyin azaldığını göstərir. Bunu iki ölkə liderlərinin Helsinkidə keçirilməsi nəzərdə tutulan görüşü üçün başladılan hazırlıqlardan da görmək olar”.