Vaşinqton son NÖQTƏNİ QOYDU: “Tramp Krımı...”

8-07-2018, 11:09           

Birləşmiş Ştatlar Krımı Rusiyanın hissəsi olaraq tanımağı planlaşdırmır, Amerika KİV-i prezident Donald Trampın mövqeyini yanlış izah edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker rusdilli alman telekanalı “OstWest”ə müsahibəsində bildirib.

Amerika KİV-inin yazdığına görə, Tramp daha əvvəl Krımın tanınması haqqında suala “Baxarıq” şəklində cavab verib. “BuzzFeed” nəşri yazıb ki, Kanadada iyunda keçirilən G7 sammitində Tramp guya Krımın Rusiyaya aid olduğunu deyib. Tramp guya mövqeyini yarımadada rusdilli əhalinin yaşaması ilə izah edib.

Ağ Evdə bu informasiyanı təkzib etməyiblər.

Volker əlavə edib ki, Moskva Krımda “hibrid müharibə” və Donbas münaqişəsinə görə məsuliyyət daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru