Tramp Brüsseldə həyatının ŞOKUNU YAŞADI

11-07-2018, 21:43           

NATO-nun 11-12 iyul zirvəsi üçün Belçikanın paytaxtı Brüsselə gedən ABŞ prezidenti Donald Trampı heç bir ali səviyyəli dövlət məmuru qarşılamayıb.

teref.az publika.az-a istinadən xəbər verir ki, bütün ali səviyyəli şəxslər prezidentin gəldiyi vaxt Belçika millisinin Dünya Çempionatının yarımfinal oyununda matça baxmağa getdiyi üçün Trampı heç kim qarşılamayıb.

Bu barədə Belçika mətbuatı məlumat yayıb. Qarşılanma mərasimində sadəcə ABŞ-ın Belçikadakı səfiri Ronald Gidvitz, ABŞ-ın NATO-dakı daimi təmsilçisi Key Beyli Hatçinson və Belçikanın xarici işlər nazirinin köməkçisi François Qusten yer alıb.

“Le Soir” nəşrinin məlumatına görə, baş nazir Çarlz Miçel matçı izləmək üçün Belçikanın ulduzu Eden Azarında yaşadığı Breyn-Le-Komte şəhərinə gedib, kral Filip və xarici işlər naziri Didier Reynders isə matçı Rusiyada tribunadan izləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru