ABŞ prezidentliyinə namizəddən müsəlmanlara nifrət VİDEO

19-09-2015, 19:51           
ABŞ prezidentliyinə namizəddən müsəlmanlara nifrət VİDEO
Amerika Birləşmiş Ştatlarında respublikasıların namizədləri arasında gedən debat ölkədə islamafobiyanı daha da qabardıb.

ANS TV-nin məlumatına görə, demokratların əsas rəqibi sayılan Donald Trampa ünvanlanan suala verdiyi cavab indi ölkədə ən çox müzakirə olunan mövzudur. Tramp Obamanı müsəlman və əcnəbi adlandıran tərfdarının fikrinə niyə düzəliş gətirməyib?

Trampa ünvanlanan sual isə belə olub:

“Ölkəmizdə problem var və bu problemlər müsəlmanlarla bağlıdır. Bilirik ki, Barak Obama da, həmçinin, müsəlmandır. Ölkəmizdə silahlılar təlimlər keçir və bizi öldürmək üçün yetişdirilirlər. Bunlardan necə yaxa qurtara bilərik”?

Respublikaçı Donald Trampın müsəlmanlara qarşı nifrət dolu suala müdaxilə etməməsi demokratları ayağa qaldırıb. Tramp, sanki, deyilən sözlərlə razı imiş kimi görünürdü. Bu azmış kimi prezident seçiləcəyi təqdirdə bu məsələlərə toxunacağını deyib. Respublikaçı namizədin bu çıxışını şərh edənlər isə düşünürlər ki, bu ölkədə pis hadisələrin baş verdiyinin işarəsidir.

Demokratlardan prezidentliyə namizəd Hilari Klinton Trampı sərt şəkildə tənqid edib. Klintonun təbirincə desək Tramp sual verən şəxsin sözlərini yarımçıq kəsməli və onun danışmasına imkan verməməli idi:

“Mən dərhal bu sözlərə görə Twitter sosial şəbəkəsində məyus olduğumu bildirdim. Trampı və prezident kimi davranmağa çalışan şəxsləri bu məsələyə hörmətlə yanaşmağa, həqiqəti deməyə çağırdım. Tramp bilməli idi ki, sual verən şəxsin sözləri onun ağzından təsadüfən çıxmamamışdı və onun sözləri doğru deyildi buna müdaxilə etməli idi”.

Tənqidlərin fonunda Trampdan gələn açıqlama isə budur:

“Obamanın müsəlman olduğuna dair sualı eşitməmişəm, təlim düşərgələri deyilərkən müharibə ocaqlarındakı təlim bazalarını başa düşmüşəm. Maraqlı bir məqam da ondan ibarətdir ki, Amerika əhalisinin 20 faizi Bark Obamanın müsəlman olduğunu düşünür”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.