Merkel Məsud Özil haqda: Əgər belə deyirsə...

27-08-2018, 08:00           
Merkel Məsud Özil haqda: Əgər belə deyirsə...
Əgər kimsə "bu toplumda mənə yaxşı münasibət göstərmirlər" deyirsə, bunu ciddiyə almaq lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel Almaniya televiziyasına müsahibəsində deyib.

"İstər Məsud Özil olsun, istərsə də başqası, bu barədə narazılığını ifadə edən varsa, tədbir görmək lazımdır. Bunları oturub müzakirə etmək, problemləri yoluna qoymaq üçün səy göstərmək vacibdir", - Merkel bildirib.

Qeyd edək ki, Almaniya millisinin türk əsilli yarımmüdafiəçisi Məsud Özil irqçi təzyiqlərə görə milli komandadan ayrıldığını açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru