Yaponlar bunu da etdi - Körpə dünyaya gətirmək üçün cinsi əlaqəyə ehtiyac qalmayacaq

28-09-2018, 21:52           
Yaponlar bunu da etdi - Körpə dünyaya gətirmək üçün cinsi əlaqəyə ehtiyac qalmayacaq
Yaponiyalı alimlərinin fantastik romanlara bənzəyən bu kəşfi dünyaya səs salacaq. Çünki onlar insan qan hüceyrələrindən yumurta hüceyrəsi yaratdılar. Yəni çox yaxında körpə dünyaya gətirmək üçün cinsi əlaqəyə ehtiyac qalmayacaq.

Open.az xarici mediaya istinadən xəbər verir ki, bu kəşfdə insan qan hüceyrələrindən, bədəndəki hər növ hüceyrəyə çevrilmək potensialı olan kök hüceyrələri hərəkətə keçirmək üçün istifadə edilib. Bu hüceyrələr siçandan əldə edilən embrionik hüceyrələrdən istifadə edilərək hazırlanmış kiçik süni yumurtalıqların içinə yeridilərək həyata keçirilib.

Bu metodla istehsal olunan yumurtalar mayalanmaq üçün uyğun yetkinlikdə deyildilər. Amma buna baxmayaraq, bu kəşf, yaşayan, ya da ölü qohumların genetik toxumalarından istifadə edilərək uşaq dünyaya gətirməyin siqnalını verib.

Elm insanlarının bundan sonrakı məqsədi insan sperması və yumurta hüceyrəsini mayalanacaq qədər yetkin halda əmələ gətirmək olacaq.

Bu kəşf sayəsində laboratoriya şəraitində qohumların bədən toxumaları və qan hüceyrələrindən körpələr yaradılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru