TRAMP: “BUYURUN, CƏNAB KÜRD!” - “Onlarla, yüzlərlə kürd biz amerikalılar üçün öldü” - VİDEO

29-09-2018, 08:23           
TRAMP: “BUYURUN, CƏNAB KÜRD!” - “Onlarla, yüzlərlə kürd biz amerikalılar üçün öldü” - VİDEO
ABŞ prezidenti Donald Tramp media nümayəndələri ilə görüşü zamanı Rəhim Rəşidi adlı bir kürd jurnalistə çıxış üçün icazə verərkən deyib: “Buyurun, cənab Kürd”. Bu müraciət salondakıların gülüşünə səbəb olub.

Dil dolaşar, düz danışar

Tramp jurnalistin “Suriyadakı kürdlərlə (YPG) İŞİD-dən sonrakə əməkdaşlığınız necə olacaq?” sualının cavabında deyib: “Unutma, biz onlarla birlikdə çalışdıq, onlara çox yardım elədik. Onlar bizimlə birlikdə savaşdılar və bizim üçün öldülər. Onlarla, minlərlə adam bizim üçün öldü. Onlar bizim üçün öldülər, bizimlə birlikdə öldülər”. Bundan sonra Tramp necə bir siyasi xəta buraxdığının fərqinə vararaq sözünü düzəldir: “Onlar özləri üçün öldülər. Onlar gözəl insanlar idilər”.

Hurriyyet.org













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru