YUNANISTANDAN ÇAŞDIRICI AÇIQLAMA: “Türkiyəni hər bir halda dəstəkləyəcəyik”

28-09-2018, 23:24           
YUNANISTANDAN ÇAŞDIRICI AÇIQLAMA: “Türkiyəni hər bir halda dəstəkləyəcəyik”
Yunanıstanın xarici işlər nazirinin Avropa məsələləri üzrə məsul müavini Yorqos Katrouqalos, Türkiyənin Avropa İttifaqına daxil olma perspektivini hər bir halda dəstəkləyəcəklərini bildirib.

O, “Anadolu Agentliyi”nə müsahibəsində deyib: “Avropanın mövcudluğunun davam eləməsi üçün daha da sosial və demokratik olması lazımdır. Gələcək Avropa seçkiləri iki düşərgə arasında həyata keçiriləcək: həmrəylik, demokratiya və xoşməramlılıq bir tərəfdə, Avropanı hamıdan təcrid edib bir qala kimi görmək istəyənlər digər tərəfdə olacaq.”

Qeyd edək ki, hazırda Türkiyənin Avropa İttifaqına “imtiyazlı ortaq” olması təklifləri edilir. Yorqos Katrouqalos bununla bağlı belə deyib: “Necə bir Avropa gələcəyinə sahib olması barəsində Türkiyə özü qərar verməlidir. Biz Türkiyənin Avropa perspektivini hər bir halda dəstəkləyəcəyik. Türkiyə islam dünyasına açılan qapıdır. Avropalı Türkiyənin olması təkcə Yunanıstanın deyil, bütün Avropanın xeyrinədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru