Rusiya Suriyaya S-300 zenit-raket komplekslərinin tədarükünə başlayıb

29-09-2018, 08:38           
Rusiya Suriyaya S-300 zenit-raket komplekslərinin tədarükünə başlayıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Suriyaya S-300 zenit-raket komplekslərinin tədarükünə başladığını bildirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu BMT Baş Assambleyasının 73-cü sessiyasının yekunlarına dair mətbuat konfransında deyib.

Bazar ertəsi Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya iki həftə ərzində S-300 komplekslərini Suriyaya verəcək. O qeyd edib ki, bu qərar Yaxın Şərq ölkəsinin döyüş imkanlarını əhəmiyyətli dərəcədə möhkəmləndirəcək.

Hərbi idarənin rəhbəri xatırladıb ki, "Moskva S-300-lərin Dəməşqə tədarükünü neçə illər ərzində dayandırıb, lakin indi vəziyyət dəyişib".

Onun sözlərinə görə, Rusiya İsrailin "İl-20" təyyarəsinin vurulmasına gətirib çıxaran hərəkətləri səbəbindən adekvat addımlar atmağa məcburdur.

Kremldə qeyd ediblər ki, S-300 ZRK-nın tədarükü üçüncü ölkəyə qarşı yönəlməyib, yalnız Rusiyanın Suriyadakı obyektlərinin qorunması istəyindən irəli gəlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru