Mask və Zukerberq bir gündə milyardlarla dollar itirdi

29-09-2018, 14:48           
Mask və Zukerberq bir gündə milyardlarla dollar itirdi
Sentyabrın 28-də “Tesla” şirkətinin rəhbəri İlon Mask 1,5 milyard, “Facebook”un təsisçisi Mark Zukerberq isə 2 milyard dollar itirib.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Bloomberg” agentliyi məlumat yayıb.

Maskın maliyyə itirməsinə səbəb ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının ona qarşı irəli sürdüyü ittihamlar olub. Onların fikrincə, Mask yalandan səhmdarlara şirkətin səhmlərinin alınması üçün kifayət qədər vəsait olduğunu bəyan edib.

Zukerberqə gəlincə isə, o, “Facebook” sosial şəbəkəsinin təhlükəsizliyi səbəbindən maliyyə itkisinə məruz qalıb. Məlumatda bildirilib ki, bu məsələ şəbəkənin 50 milyon istifadəçisinə təsir göstərəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru