"Hüseyn şəhidləri" necə yəhudi əsgərlər oldular? - İRANDA BİABIRÇILIQ - FOTO

29-09-2018, 15:33           
"Hüseyn şəhidləri" necə yəhudi əsgərlər oldular? - İRANDA BİABIRÇILIQ - FOTO

İranın Şiraz şəhərində baş vermiş olayı yerli sakinlər "böyük biabırçılıq" kimi dəyərləndirirlər. Səbəb isə 1980-1988-ci illərdəki İran-İraq savaşına həsr olunmuş plakatda yol verilmiş kobud səhvdir.

Al Arabiya bildirir ki, plakat şəhərin mərkəzi küçələrindən birinin kənarında peyda olandan sonra yerli sakinlər "maraqlı məqam"a fikir veriblər. Belə ki, plakatdakı "Hüseyn şəhidləri" adlandırılan iranlı əskərlər "nədənsə" İsrailin hərbi formasında olublar, çiyinlərində də M16 avtomatı.

M16 avtomatı ABŞ və İsrail ordularının silahlarından biridir.

Orijinal fotoda israilli qadın hərbçi də var.

İranlılar sosial şəbəkələrdə yazıblar: "Müqəddəs Müdafiə Həftəsində, Şirazın mərkəzində üç sionist əsgərli plakatın peyda olması biabırçılıq və sarsaqlıqdır".

İsrail XİN-nin Twitter-dəki mikrobloqunda Şirazdakı plakatda istifadə olunmuş fotonun orijinalı yayılıb./milli.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.