Serbiya prezidenti Aİ məmurlarını ikiüzlülükdə ittiham edib

30-09-2018, 08:36           
Serbiya prezidenti Aİ məmurlarını ikiüzlülükdə ittiham edib
Serbiya prezidenti Aleksandr Vuçiç Avropa İttifaqının (Aİ) məmurlarını tənqid edib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

O, bildirib ki, Avropa Birliyi məmurlarının Kosovo ətrafında vəziyyətlə əlaqədar mövqeyi ikiüzlülükdür.

"Bütün tərəfləri təmkinli olmağa çağırırlar. Nədən təmkinli olmaq? Bax, mənim Avropa İttifaqına sualım budur", - deyə Vuçiç bildirib.

Prezidentin sözlərinə görə, o, başa düşə bilmir ki, serblər albanlara nə edib. Vuçiç iddia edib ki, albanlar əldə edilmiş bütün razılaşmaları pozub.

O, həmçinin əlavə edib ki, Aİ məmurları heç olmasa riyakarlıqdan çəkinməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru