Özbəkistanda fahişələri pambıq yığmağa məcbur etdilər

3-10-2015, 11:39           
Özbəkistanda fahişələri pambıq yığmağa məcbur etdilər
Özbəkistanın Buxara vilayətinin höküməti yerli polisdə qeydiyyata alınmış fahişələri pambıq yığımına göndərib

Bolgexeber.com-un məlumatına görə, bu barədə “Azadlıq Radio”sunun Özbəkistan bürosu şahidlərin aaçıqlamalarına və yerli hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir.

Qaragül rayon sakini Əsəd Salomovun sözlərinə görə, o yerli hakimiyyət nümayəndələrinin 40 yaxın əxlaqsız qadının avtobusa minizdirərək aparmasının şahidi olub.

“Mən eyvandan baxırdım. Onlar bütün qadınları bir cərgəyə düzdülər, yoxladılar, sonra isə avtobusa otuzdurub apardılar”, - Salomov bildirib.

Hüquq-mühafizə orqanlarında fahişələrin pambıq yığımına cəlb edilməsini təsdiq ediblər.

“Bəli, biz bu qadınların əməyindən istifadə edirik. Onları cərimə edəcəyimizi və əvvəlki işlərini qaldıracağımızı bildirdik. İndi isə onlar çox yaxşı işləyirlər”, - yerli sahə müvəkkili bildirib.

Məlumat verilir ki, yüngül əxlaqlı qadınlardan başqa, pambıq yığımına qeydiyyatda olan narkomanlar və spirtli içki aludəçiləri də cəlb ediliblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.