ABŞ-ın dövlət borcu 21,5 trln. dollar olub

2-10-2018, 08:01           
ABŞ-ın dövlət borcu 21,5 trln. dollar olub
Bu il ABŞ-ın dövlət borcu 1,2 trln. dollardan çox artıb və sentyabrın 30-da 21,5 trln. dollar olaraq rekord həddə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Washington Examiner The" nəşri məlumat yayıb.

Nəşrin məlumatlna görə, ABŞ-ın dövlət borcu 2017-ci maliyyə ilinin son iş günündə 20,245 trln. dollar təşkil edib. 2018-ci il sentyabrın 28-də tarixdə ilk dəfə olaraq 21,516 trln. dollara çatıb.

Bununla yanaşı, ötən ay ABŞ Konqresində bildiriblər ki, federal hökumətin istiqrazları ölkənin 2018-ci maliyyə ilinin ilk 11 ayı ərzində 895 mlrd. dollara çatıb ki, bu da əvvəlki maliyyə ilinin 11 ayı ərzindəki göstəricidən 222 mlrd. dollar çoxdur.

Qəzet qeyd edir ki, 2020-ci ildə ABŞ-ın büdcə kəsiri 1 trilyon dollar səviyyəsinə çatacaq. Bu da Barak Obamanın birinci prezidentlik dövrü müddətindəki göstərici ilə eynidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru