Mey: "Brexit"dən sonra Britaniya yüksək ixtisaslı immiqrantlara üstünlük verəcək

2-10-2018, 08:08           
Mey: "Brexit"dən sonra Britaniya yüksək ixtisaslı immiqrantlara üstünlük verəcək
"Brexit"dən sonra yüksək ixtisaslı immiqrantların, gəldikləri ölkədən asılı olmayaraq, Birləşmiş Krallıqda prioritet iş hüquqları olacaq.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib.

T.Mey deyib: "Bu, ixtisasa söykənən və immiqrantların gəldikləri ölkələrdən deyil, iş peşəkarlığından asılı olan sistem olacaq. Bu sistem bütün dünyaya qarşı tətbiq olunacaq və bizim ehtiyacımız olan peşəkar təcrübəli adamları cəlb edəcək.

Baş nazir əlavə edib ki, ölkə Avropa İttifaqından çıxdıqdan sonra aşağı ixtisaslı işçi qüvvəsinin cəlb edilməsi praktikasına son veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru