Britaniyanın baş naziri miqrantların Breksitdən sonrakı taleyindən danışıb

2-10-2018, 08:10           
Britaniyanın baş naziri miqrantların Breksitdən sonrakı taleyindən danışıb
Britaniyanın baş naziri Tereza Mey miqrantların Breksitdən sonrakı taleyindən danışıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hökumət başçısı Breksitdən sonra yüksək ixtisaslı işçilərin Böyük Britaniyada işlə təmin edilməsinin prioritet olacağını qeyd edib. Mey bildirib ki, ölkə Avropa İttifaqından çıxandan sonra aşağı ixtisaslı işçilərin işə cəlb edilməsinə son qoyulacaq.

Qeyd edək ki, Londonun Avropa İttifaqının tərk etməsi rəsmi şəkildə 2019-cu ilin martında başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru