Rusiya narahatdır: ABŞ kosmosa elə bir aparat göndərib ki...

2-10-2018, 08:55           
Rusiya narahatdır: ABŞ kosmosa elə bir aparat göndərib ki...
“Roskosmos” ABŞ-ın fəzaya buraxdığı X-37 ilə bağlı rəsmi məlumat ala bilmir.

Axar.az xəbər verir ki, bu sözləri “Roskosmos”un rəhbəri Dmitri Roqozin deyib. Roqozin bu aparatın silah daşıdığını istisna etməyib:

“Amerikalıların kosmoplana bənzər aparatı uçur. Bu aparatın hədəfini anlaya bilmirik. Rəsmi məlumat verilmir. Bu, elə bir texnikadır ki, bir neçə ay ərzində fəzada dolaşır, daha sonra yerə qayıdır. Bir müddətdən sonra yenidən kosmosa uçur. Güman edirik ki, bu aparat özündə hansısa silahı daşıyır”.

O bildirib ki, kosmosda silah yerləşdirilməsi, dislokasiyası Yerə nisbətdə daha rahatdır:

“Zərbə zamanı silahı müşahidə etmək mümkün deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru