Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov dollarla bağlı açıqlama verib.
Open.az rus mətbuatına istinadən xəbər verir ki, Peskov dollardan uzaqlaşmaq prosesinin çox çətin və bunun üçün vaxt lazım olacağını bildirib: "Bu çox çətin, qısa müddətli olmayacaq bir prosesdir".
O, Putinin rublu xarici tərəfdaşlarla ödəmələrdə istifadə etmək praktikasının genişləndirilməsi və dolların beynəlxalq xərclərdə payının azaldılması lazım olduğunu söylədiyini xatırladıb.